Gizir Əli Eynullayev: Vətənə xidmət etmək yeganə peşəm və ən sevimli məşğuliyyətimdir - FOTO – VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Gizir Əli Eynullayev: Vətənə xidmət etmək yeganə peşəm və ən sevimli məşğuliyyətimdir - FOTO – VİDEO

12:30 - 12 / 04 / 2017
Gizir Əli Eynullayev: Vətənə xidmət etmək yeganə peşəm və ən sevimli məşğuliyyətimdir  - FOTO – VİDEO

Gizir Əli Eynullaev və onun göstərdiyi şücaət haqda sosial şəbəkələrdən xəbər tutmuşuq. 2016-cı ilin aprelində baş verən döyüşlər zamanı o, cəsurluq nümayiş etdirərək tankları arxası ilə ermənilər tərəfindən işğal olunmuş yüksəkliyə çəkib. Bəs gizir Eynullayev kimdir? Ondan müsahibə almaq üçün Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti köməklik göstərdi. Buna görə də onlara dərin minnətdarlığımızı bildiririk.

- Özünüz haqda məlumat verin, ilk növbədə, özünüzü təqdim edin, zəhmət olmasa. Çünki sosial media sizin haqda tankları arxası ilə yüksəkliyə çəkərək döyüşə hazır vəziyyətə gətirən gizir Eynullayev olmağınızdan başqa heç nə bilmir. Bəs görəsən gizir Eynullayev kimdir?

- Mən, Eynullayev Əli Hökməli oğlu 1987-ci ildə Biləsuvar rayonunda doğulmuşam. Artıq 7 ildir ki, hərbi xidmətdəyəm, 5 ildir ki, gizir vəzifəsindəyəm.

- Bir il öncə baş vermiş hadisəni qəhrəmanın dilindən eşitmək çox maraqlıdır. Həmin hadisələr yaddaşınızda necə qalıb?

- Talış kəndi istiqamətində döyüşlər gedirdi. Düşmənin diversiya qrupu döyüş mövqelərimizə yönəldi. Biz də əmr aldıqdan sonra Talış kəndi istiqamətində irəliləməyə başladıq. Mən tank qruplardan birinə başçılıq edirdim. Düşmən itki verərək geri çəkildi.

- Sizə şan gətirən o hadisədən danışardınız. Eşitdiyimizə görə, tank yuxarı qalxa bilmirdi, onu məhz siz qaldırdınız....

- Düşmənin diversiya qrupu hücum etdi. Bunu görcək dayanmadım və strateji  yüksəkliyə doğru irəliləməyə başladım. Bununıla yanaşı, digər tank ekipajına da arxamca gəlmələrini dedim. Strateji yüksəkliyi ələ keçirdikdən sonra düşmən qaçmağa məcbur qaldı.

- İllərdir düşmən əlində olan yüksəliyə tankları sürərkən nə düşünürdünüz? Yəni hansı fikirlərlə bu hücumu həyata keçirdiniz?

- O zaman nə düşündüm? İstəyirdim qələbə qazanaq, eləcə də düşmən irihəcmli itkilər verməsini istəyirdim. Bu, qrupmuzdakı hər kəsə ruh yüksəkliyi və fəxr hissi verirdi. Çünki böyük itkilər verən düşmən zəifləyirdi. Buna görə də mövqeləri saxlaya bilmirdi. Bunun üçün də geri çəkilməyə məcbur qaldı. Biz isə bu zaman irəli gedərək doğma torpaqlarımızı azad edirdik. Düşməni doğma torpaqlarımızdan azad etmək hər bir vətəndaşın borcudur. Bu hisslərlə borcumu yerinə yetirirdik.

- Hazırda həmin istiqamətdə xidmətinizi davam edirsiniz?

- Xeyr, hərbi hissəmiz digər yerdədir. Həmin hissə də düşmənlə təmas xəttindədir.

- Təmas xəttindəki operativ vəziyyəti necə qiymətləndirirsiniz?

-  Vəziyyət yaxşıdır. Vəziyyətə tamamilə nəzart edirik. Ümumiyyətlə çox hallarda düşməndən hər şeydə üstünük.

- Gələcək planlarınız nədir? Nə zamana qədər hərbi xidmətdə olmaq istəyirsiniz?

- Gələcək planlarıma işğal olunmuş torpaqlarımızın azad edilməsi daxildir. Biz bunu etməliyik, bu bizim müqəddəs borcumuzdur. Bayrağımız Şuşada, Kəlbəcərdə, Xankəndi və Laçında dalğalanmalıdır. Bu, mənim yeganə arzum və istəyimdir. Sadəcə düşmən tapdağında olan torpaqları azad etmək istəyirəm ki, məcburi köçkünlər doğma yurdlarına qayıdaraq normal şəraitdə yaşasınlar. Mümkün deyil ki, o torpaqlar birdəfəlik düşmən tapdağıda qalsın. İstənilən an canımı qurban verməyə hazıram. Mənim bir ideyam var ki, onu həyata keçirməliyəm.

- Bu nə ideya və arzudur?

- Bunu indi deyə bilmərək. Allah qoysa bunu həyata keçirəndən sonra söyləyə bilərəm. Ola bilsin ki, həyatda olmayacağam, amma hər şey yaxşı olacaq.

- Ailəniz haqda bir qədər danışardınız. Bacı və qardaşınız varmı?

- Anam ixtisasca həkim-terapevtdir, lakin hazırda işləmir, evdar qadındır. Atam da sahə həkimidir. Biz ailədə üç qardaş və iki bacıyıq. Bacılarımdan biri Lənkəran Dövlət Universitetini bititib, hazırda Lerikdə məktəbdə işləyir. Digər bacım isə Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirib. Qardaşlarımdan biri tələbə, Xalq Təsərrüfatı Akademiyasını bitirib.

- Bəs o zaman sizin hərb işinə həvəsiniz hardandır?

- Əmin sovetlər zamanı Əfqanıstanda baş verən müharibədə həlak olub. Onun haqda uşaqlıqda çox eşitmişdim. O zamandan hərb işinə həvəsim yarandı. Məni bu işə heç kəs məcbur etməyib. Özüm hərbi xidmətə gedərək kurs keçdim, ixtisas əldə edərək hərbi hissədə təyinat aldım. Hazırda da həmin yerdə xidmətdəyəm.

- Hazırda hərbi xidmətə getmək yaşında olan gənc nəslə nə məsləhət görədiniz?

- Onlara demək istərdim ki, Vətənə xidmət etmək, onu qorumaq hər kəsin borcudur. Biz hamılıqla işğal olunmuş torpaqlarımızı azad etməliyik. Əlbəttə ki, bununla bağlı hər kəsin öz fikri ola bilər, heç kəsi məcbur etmirəm. Mənə gəlincə Silahlı Qüvvələrdə xidmət etməyi özümə borc bilirəm. Əgər müharibə başlayarsa etdiyimdən də artığını edərəm. Səbrsizliklə həmin günü gözləyirəm. Bu, mənim yeganə arzumdur.

- Diqqət etdim ki, müsahibə zamanı özünüzü rahat hiss etmədiniz...

- (Gülür) düz diqqət yetirmisiniz. Bu, geyindiyim formadandır. Mən parad formasını geyinmək məcbuyyətində olmamışam. Döyüş mövqeyində hər zaman digər formada olmuşam, o tamamilə başqadır, daha rahatdır. Əsasən parad forması geyinmirik.

- Sizin hansısa əylnəcəniz, hobbiniz varmı?

- Yeganə əyələncəm hərbi xidmətdir. Öz tabeliyimdə olanlarla vətənimiz uğrunda digər döyüşləri gözləyəcəyik. Hansı istiqamətdə döyüşəcəyimizlə bağlı əmr gələn kimi bu istiqamətdə döyüşəcəyik. Vətənə xidmət etmək, Yurdum üçün döyüşmək mənim yeganə peşə və ən sevimli məşğuliyyətimdir.

1news.az

 

Paylaş:
11768

Son xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:10Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53
Bütün xəbərlər