Muradyan: “Ermənistan artıq suveren dövlət kimi mövcud deyil”
“Ermənistan artıq suveren dövlət kimi mövcud deyil, yalnız Rusiyanın bir hissəsidir”.
1 news.az-ın məlumatına görə bunu 1in.am-a açıqlamasında erməni politoloq İqor Muradyan deyib. Onun sözlərinə görə, bir müddət sonra Ermənistanın suverenliyi məsələsi BMT-də qaldırılacaq: “Biz suveren dövlətikmi? Qərb dünyası ilə dostuq, yoxsa NATO və ABŞ-ın düşməniyik? Bunu başa düşəndə artıq gec olacaq, hər şey itiriləcək”.
Muradyan hesab edir ki, bu gün Avropa Ermənistana illər əvvəl bəslədiyi münasibəti göstərir: "Bu sahədə heç bir dəyişiklik yoxdur və fundamental dəyişikliklər də olmayacaq. Hazırda vaxt bizim əleyhimizə işləyir, biz isə seçkilərlə məşğuluq. Konstitusiya ona görə dəyişdirildi ki, Ermənistan Rusiyadan daha çox asılı olsun”.
Parlament seçkilərinə gəlincə, politoloq deyib ki, buna diqqət vermək lazım deyil. Seçkilər gülməli bir komediya idi.
Pərvanə Sultanova