"Koreya haqqında viktorinanın Bakı mərhələsi" keçiriləcək | 1news.az | Xəbərlər
Müsahibə

"Koreya haqqında viktorinanın Bakı mərhələsi" keçiriləcək

10:32 - 24 / 04 / 2017
"Koreya haqqında viktorinanın Bakı mərhələsi" keçiriləcək

Koreyanın Azərbaycandakı səfirliyi mayın 12-də saat 14:00-da Azərbaycan Dillər Universitetinin əsas binasının akt zalında “Koreya haqqında viktorinanın Bakı mərhələsi 2017” yarışını təşkil edəcək. 

1news.az-a Koreyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, tədbirdə viktorina ilə birlikdə 2017-ci il Bakı K-pop festivalı qalibinin təbrik ifası, biletlər əsasında lotoreya çəkilişi və Koreya milli geyimləri stendi kimi fərqli hissələr də olacaq.

Tədbirə hər kəs dəvətlidir və giriş pulsuzdur. 

Qeyd olunub ki, keçən il Bakı mərhələsinin qalibi Koreyada keçirilmiş final mərhələsinə qatılmaq şansı əldə edib və Azərbaycanı layiqincə təmsil edərək qalib olub. Viktorinanın ilkin mərhələsində yazılı olaraq müraciət edən namizədlərin sənəd yoxlanışından sonra finalçılar seçilir və 12 may 2017-ci il tarixində keçiriləcək Bakı finalında iştirak etmək imkanı qazanırlar. 

Viktorinada iştirak edəcək şəxslər Koreya dilində veriləcək sualları düzgün cavablandıraraq qalib olmaq imkanı əldə edəcəklər. Yarışın ilk üç qalibi mükafatlandırılacaq və birinci yerə çıxan şəxs 2017-ci ilin sentyabr ayında Koreyada keçiriləcək final “Koreya Haqqında Viktorina 2017”də iştirak etmək hüququ qazanacaq. Bütün iştirakçılara həvəsləndirici hədiyyələr veriləcək. 

Viktorinada Koreya mədəniyyəti, tarixi və dilinə maraq göstərən istənilən Azərbaycan vətəndaşı (Koreya dilini bilənlərə üstünlük veriləcək) iştirak edə bilər. İştirak etmək istəyən şəxlər 30 aprel 2017-ci il tarixinə qədər doldurulmuş müraciət formasını və 30 suala cavabı qeyd etdikləri sual kartını [email protected] e-mail ünvanına göndərməklə müraciət edə bilərlər. 

Tədbirlə bağlı ətraflı məlumatı Koreya Respublikasının Azərbaycandakı səfirliyinin veb səhifəsindən (http://aze.mofa.go.kr/ ) əldə edə bilərsiniz. 

Pərvanə Sultanova

 

Paylaş:
1083

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər