AZAL klubu fəaliyyətini dayandırdı – bəyanat | 1news.az | Xəbərlər
Futbol

AZAL klubu fəaliyyətini dayandırdı – bəyanat

19:45 - 03 / 05 / 2017
AZAL klubu fəaliyyətini dayandırdı – bəyanat

AZAL futbol klubu fəaliyyətini dayandırıb.

1news.az xəbər verir ki, paytaxt klubu bununla bağlı bəyanat yayıb.

“Futbola olan dövlət qaygısı, onun maddi-texniki bazasının inkişafı, eləcə də əhalinin sağlam həyat tərzinə maraqlarını yüksəltmək məqsədilə görülmüş tədbirlər nəticəsində idman ictimaiyyəti tərəfindən bu idman növünə maraq artmış, futbol ən kütləvi və çox sevilən idman növünə çevrilmişdir. AZAL Peşəkar Futbol Klubu da öz növbəsində yarandığı ilk gündən bir amala – Azərbaycan futbolunun inkişafına xidmət etmişdir. Bu məqsədlə, klub üçün Şüvəlan qəsəbəsində müasir təlim-məşq bazası və stadion tikilmiş, komandaya peşəkar məşqçi və texniki heyət cəlb olunmuşdur.

Buna baxmayaraq, son zamanlar ölkəmizdə futbolun sürətli inkişafı, komandalar arasında rəqabətin güclənməsi, AZAL Peşəkar Futbol Klubunda səmərəli idarəetmənin həyata keçirilməsi, o cümlədən kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarır. Bu tələbləri nəzərə alaraq, klub rəhbərliyi tərəfindən sponsor və tərəfdaşlarla məsləhətləşmələr aparılmış və belə bir qərara gəlinmişdir ki, AZAL QSÇ Bakı ətrafı qəsəblər üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli klub ilə təmsil olunmaq məqsədlə qısa vaxt ərzində böyük nailiyyətlərə imza atan “Zirə” Futbol Klubuna dəstək olmaq daha məqsədəuyğundur.

AZAL Peşəkar Futbol Klubu fəaliyyətini dayandıraraq mövcud maddi-texniki təminatı və infrastrukturu ilə “Zirə” Futbol Klubuna dəstək olacaqdır. İnanırıq ki, bunun əsasında Azərbaycan futbolunun inkişafı, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək naminə yüksək nailiyyətlər əldə ediləcəkdir”.

1news.az

Paylaş:
762

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər