Duqin: Azərbaycanın ərazi bütövlüyü Rusiyadan asılıdır | 1news.az | Xəbərlər
Siyasət

Duqin: Azərbaycanın ərazi bütövlüyü Rusiyadan asılıdır

10:05 - 03 / 05 / 2017
Duqin: Azərbaycanın ərazi bütövlüyü Rusiyadan asılıdır

Moskvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində əsas arqumentdir.

1news.az-ın İnterfaks-Azərbaycan-a istinadla verdiyi xəbərə görə, bunu rusiyalı ictimai xadim və politoloq Aleksandr Duqin deyib:

“Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması əsas arqumentdir ki, bu ərazi bütövlüyü mövcuddur. Əgər Rusiya bunu Azərbaycanın ərazi bütövlüyü kimi tanıyırsa, deməli bu aparıcı məsələdir”.

Onun sözlərinə görə, dövlətlərin ərazi bütövlüyünün tanınması məsələsində rəsmi Moskvanın mövqeyini nəzərə almaq vacibdir:

“Belə bir qənaətə gəlmişəm. Postsovet dövlətlərinin ərazi bütövlüyü Rusiyadan asılıdır. Əgər münasibətlər yaxşı olarsa, deməli ərazi bütövlüyü də möhkəm olacaq. Əgər münasibətlər pis olarsa, vəziyyət son həddə çataraq asanlıqla qırıla bilər”.

Duqin qeyd edib ki, Bakıda Rusiyanın həm Azərbaycanın, həm də Ermənistanın dost və müttəfiqi olmasını yaxşı anlayırlar:

 “Rusiya öz milli maraqlarına uyğun hərəkət edir. Bəli, biz Ermənistanla müttəfiq və dostuq. Lakin bundan nəticə çıxarmaq olmaz ki, biz Azərbaycanın rəqibi və ya opponentiyik. Biz, elə Azərbaycanın da dost və müttəfiqiyik. Əgər bu münasibətdə tarazlığı saxlaya bilsək, beş rayon məsələsi də öz həllini tapacaq. Lakin Qarabağ məsələsi ilə vəziyyət təxirə salınacaq”.

O, qeyd edib ki, danışıqların hazırki mərhələsində Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş beş rayonunun qaytarılmasıdır:

“Anlamaq lazımdır ki, beş rayon məsələsi günü əsas mövzusudur. Daha iki rayon (Laçın və Kəlbəcər) daha sonrakı vaxtın müzakirə mövzusudur. Oradakı vəziyyət daha mürəkkəbdir. Əgər vəziyyət çətinləşməsə, heç kəs qarşısına tələblər qoyulmasa, proses qırılmasa düşünürəm ki, hər şey müsbət həllini tapa bilər”.

S.Xankişiyeva

Paylaş:
817

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər