Nazirin vətəndaşlarla görüşünün tarixi dəyişdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirin vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

15:22 - 04 / 05 / 2017
Nazirin vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Qusar şəhərində Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və Xızı rayonlarında yaşayan vətəndaşlarla mayın 5-də nəzərdə tutulmuş görüşü cari ilin 16 may tarixinə dəyişdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüş saat 10:00-da Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. 

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Xaçmaz rayon Xudat qəsəbəsi 4-cü şöbə, əlaqə telefonları: 050-338-20-66, 070-232-33-45, 023-323-00-14) xahiş olunur.

Babək Cahandarov

Paylaş:
543

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər