İtaliyanın nüfuzlu “Il Giornale” qəzetində ölkəmiz haqqında məqalə dərc olunub | 1news.az | Xəbərlər
Siyasət

İtaliyanın nüfuzlu “Il Giornale” qəzetində ölkəmiz haqqında məqalə dərc olunub

15:39 - 04 / 05 / 2017
İtaliyanın nüfuzlu “Il Giornale” qəzetində ölkəmiz haqqında məqalə dərc olunub

İtaliyanın ən nüfuzlu qəzetlərindən olan “Il Giornale” qəzetində ölkəmiz haqqında məqalə dərc olunub.

1news.az-ın verdiyi xəbərə görə, məqalənin müəllifi “Il Nodo di Gordio” geosiyasət üzrə araşdırmalar üzrə beyin mərkəzinin baş elmi işçisi Andrea Marciglianodur. Sözügedən məqaləni təqdim edirik:

 

İtaliya-Azərbaycan: 25 illik əla münasibətlər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İtaliyaya səfəri ölkəmiz və Qafqaz ölkəsi arasında yaxşı münasibətlərin olmasından xəbər verir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun aprel ayının sonlarında İtaliyaya səfəri təkcə ona görə xüsusi əhəmiyyət kəsb etmir ki, bu il rəsmi Roma və Bakı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi tamam olur, həmçinin ona görə ki, bu münasibətlər bu gün həm iqtisadi, həm də siyasi baxımdan xüsusi strateji əhəmiyyətə malikdir.

Həqiqətən hər zaman əməkdaşlığa söykənmiş münasibətlərin inkişaf etdiyi bu illərdə İtaliya və Azərbaycan həm onları bir-birinə daha da yaxınlaşdıran sıx maraq və mübadilə şəbəkəsi, həm də gələcəkdə xüsusi əhəmiyyət kəsb edə biləcək qarşılıqlı mədəni anlaşma qurmuşlar.

Rəsmi Bakı İtaliyaya bir çox səbəblərdən böyük maraq göstərir. Ölkəmiz həqiqətən dünya əhəmiyyətli “mədəni pəncərə”dir. Nəzərdən qaçırılmamalı olan bu məqam İtaliyanın dünya geosiyasi səhnəsində vacib rol oynaya biləcəyi  Soft Power-in əsasını təşkil edir. Azərbaycanın bu ilki Venesiya Biennalesində Emin Məmmədov və Martin Roth-un kurasiyası ilə iki sərgi ilə əhəmiyyətli iştirakı məhz onu nümayiş etdirir. Gənc Azərbaycan Respublikası həqiqətən mədəni və dini dözümlülük və birgə yaşama prinsipləri üzərində qurulmuş müxtəlif xalq və mədəniyyətlərdən ibarət bir ölkə olaraq,  mürəkkəb reallığı başa düşmək üçün açar rolunu oynayan öz mədəniyyəti və tarixini beynəlxalq səviyyədə daha yaxından tanıtmağı qarşısına məqsəd qoymuşdur.

Bundan başqa, İtaliya və Azərbaycan Avropa-Aralıq dənizi regionu ilə həyati əhəmiyyətli birgə əlaqələrə malik ölkələrdir – qədim yunan miflərində göstərildiyi kimi, həm coğrafi, həm tarixi baxımdan – Cənubi Qafqaz şərq tərəfdən sipər rolunu oynayır. Nəzərə alsaq ki, Azərbaycan təkcə iri neft və qaz istehsalçısı deyil, həmçinin Avrasiya regionunun bütün cənub hissəsini birləşdirən və Çindən bizim sahillərə qədər uzanan yeni “firavanlıq və ticarət zonası”nın əsasını təşkil edəcək avtomobil yolları, dəmir yolları, boru kəmərləri və multimedial şəbəkələrin sıx birləşməsindən ibarət 2.0 İpək Yolunun strateji qovşağıdır, bu əlaqələr günü-gündən inkişaf edəcəkdir.

Buradan da yaxın gələcəkdə Azərbaycanın qaz yataqlarından bizim Puliyaya qaz nəql edəcək Trans-Adriatik Boru Xətti kimi layihələrin önəmliliyi ortaya çıxır. Bu strateji layihə bizim sənaye sistemimizi enerji ilə təmin etmək və İtaliyanın cənubunun güclü inkişafı üçün imkanlar yaratmaqla yanaşı, ölkəmizi bütün Cənubi Avropaya qaz paylayacaq bir strateji qovşağa çevirəcəkdir.

Qeyd edək ki, bu layihə bizi sadə idxalçı olaraq asılı bir ölkədən təkcə iqtisadi deyil, həm də Avropa Birliyi daxilində siyasi nöqteyi-nəzərdən mühüm bir mövqeyə gətirib çıxarır. Ona görə də, xüsusilə də müxtəlif səbəblər uydurmaqla ətraf mühiti qorumaq pərdəsi altında gizlənərək TAP layihəsinə qarşı çıxmağın yeri yoxdur. Bu qüvvələrin arxasında İtaliyanı tabe olan dövlət kimi saxlamaq marağında olan həris beynəlxalq maraqlar durur. Unutmamaq lazımdır ki, Azərbaycan qarşısında fərqli alternativlər olmasına baxmayaraq, dərin diplomatik və mədəni əlaqələri nəzərə alaraq öz qazını digər ölkələrə paylayacaq terminal kimi məhz İtaliyanı seçdi.

Son olaraq, Bakının gözündə vacib əhəmiyyət kəsb edən məqam odur ki, Roma 2018-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri olacaqdır. İtaliya həm də ağrılı Dağlıq Qarabağ məsələsində Qafqaz regionunda sülhün bərqərar olunması üçün beynəlxalq vasitəçilik roluna hər zaman və hər yerdə isti münasibət göstərmişdir. Elə bir vasitəçilik ki, Dağlıq Qarabağda erməni azlığının mövcudluğuna zəmanət verməklə hal-hazırda Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olan torpaqlarda Azərbaycanın suverenliyini təmin edə bilsin.

Yəni bu, düşünülmüş, tarazlaşdırılmış, beynəlxalq lobbilərin təzyiqindən azad, bir milyondan çox azərbaycanlı məcburi köçkünün öz torpaqlarına qayıtmasını təmin edəcək sırf humanitar və əsas da dünyada balansı təmin etmək üçün əhəmiyyətli olan Qafqaz kimi önəmli regionda təhlükəli gərginlik və qarşıdurma ocağını söndürmək üçün geosiyasi məqsəd daşıyan bir həll yolu olmalıdır. Bu mövqe Dağlıq Qarabağ münaqişəsini nizamlamaq funksiyası daşıyan, əslində hər hansı bir addım atmağa aciz olan Minsk Qrupu kimi beynəlxalq qurum tərəfindən qulaqardına vurulur.

Bunun da səbəbi Vaşinqton, Moskva və Parisin həmsədrlik etdiyi bir qrupdakı mürəkkəb dinamikalardır. Ona görə də təbiidir ki, İtaliya ATƏT-ə sədrlik kimi önəmli bir vəzifədə bu ağrılı problemə münasibətdə də “mənəvi təzyiqə” nail ola bilər. Bu, təbii ki, Bakının ümid etdikləridir; eləcə də bu, böyük beynəlxalq siyasət meydanında ölkəmizin rolunun gücləndirilməsinə də töhfə verə bilər.

http://www.ilgiornale.it/news/mondo/italia-azerbaigian-25-anni-ottime-relazioni-1392367.html

Babək Cahandarov

Paylaş:
562

Son xəbərlər

“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56
Bütün xəbərlər