Leyla Əliyeva BMT-nin Ətraf Mühit Proqramının icraçı direktorunun müavini ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Leyla Əliyeva BMT-nin Ətraf Mühit Proqramının icraçı direktorunun müavini ilə görüşüb – FOTO

16:10 - 05 / 05 / 2017
Leyla Əliyeva BMT-nin Ətraf Mühit Proqramının icraçı direktorunun müavini ilə görüşüb – FOTO

Mayın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini İbrahim Thiau ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, görüşdə ətraf mühitin mühafizəsi və davamlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb, yerli və regional səviyyədə görülən işlər, irəli sürülən təşəbbüslər müzakirə edilib. Leyla Əliyeva IDEA-nın son beş ildə əldə etdiyi nailiyyətləri, hazırda həyata keçirilən layihələri və gələcək planları haqqında BMT rəsmisinə məlumat verib.

Leyla Əliyeva qarşıdan gələn BMT Ətraf Mühit Assambleyasının 3-cü görüşünə toxunaraq, tədbirin çirklənmə mövzusuna həsr edilməsinin təqdirəlayiq olduğunu, müasir dünyada bu problemin yaratdığı təhlükənin ciddiliyini qeyd edib. O, rəhbərlik etdiyi IDEA kampaniyası tərəfindən ətraf mühitin çirklənməsinin qarşısının alınması, təkrar emal və tullantıların idarə edilməsi üzrə həyata keçirilən layihə və tədbirlər haqqında danışıb, Azərbaycanda bu istiqamətdə aparılan fəaliyyətdə UNEP-in iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Bununla yanaşı, Leyla Əliyeva IDEA-nın Azərbaycanda dəniz ətraf mühitinin mühafizəsi, xüsusən də nəsli kəsilmək təhlükəsi altında olan nərə balığının qorunması üzrə səyləri, o cümlədən bu balığın artması üçün vacib olan Kür çayının deltasının təmizlənməsi layihəsi haqqında danışıb.

IDEA-nın təbiətin qorunması istiqamətində gördüyü işləri yüksək qiymətləndirən İbrahim Thiau bildirib ki, UNEP Azərbaycan hökuməti, qeyri-hökumət təşkilatları və digər maraqlı tərəflər ilə sıx əməkdaşlığa önəm verir.

UNEP və IDEA-nın əsas məqsəd və vəzifələrinin üst-üstə düşdüyünü nəzərə alaraq, tərəflər əməkdaşlığı davam etdirmək və genişləndirmək niyyətində olduqlarını vurğuladılar.

Görüşün sonunda Leyla Əliyeva UNEP-in icraçı direktoru Erik Solxeymi Azərbaycana səfərə dəvət edib.

S.Xankişiyeva

Paylaş:
626

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər