Arzu Əliyeva: “Tour d’Azerbaidjan” ölkəmizdə əsl bayram ab-havası yaradır | 1news.az | Xəbərlər
İdman

Arzu Əliyeva: “Tour d’Azerbaidjan” ölkəmizdə əsl bayram ab-havası yaradır

14:56 - 08 / 05 / 2017
Arzu Əliyeva: “Tour d’Azerbaidjan” ölkəmizdə əsl bayram ab-havası yaradır

Ölkəmizdə keçirilən ənənəvi “Tour d’Azerbaidjan” veloyürüşü ildən-ilə daha keyfiyyətli təşkil olunur. Turnir xeyli insanı bir araya toplayaraq, onlara unudulmaz hisslər bəxş edir. Dünyanın müxtəlif yerlərindən velosiped idmanı həvəskarları yarışları izləmək üçün Azərbaycana gəlirlər.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva ölkəmizdə keçirilən “Tour d’Azerbaidjan” veloyürüşünün bağlanış mərasimində “Eurosport” telekanalına müsahibəsində deyib.

Arzu Əliyeva diqqətə çatdırıb ki, “Tour d’Azerbaidjan” ölkəmizdə əsl bayram ab-havası yaradır.

“Biz bundan çox məmnunuq və gələcəkdə də turniri keçirməkdə davam edəcəyik. Qonaqların Azərbaycandan zövq aldığını düşünürəm. Azərbaycan möhtəşəm bir ölkədir və gəzməli, görməli yerlərlə zəngindir. Bizim gözəl təbiətimiz var. Sevindirici haldır ki, hər il daha çox insan bu gözəlliyin şahidi olur”, - deyə Bakı Media Mərkəzinin prezidenti vurğulayıb.

Azərbaycanda idmana xüsusi diqqət yetirildiyini bildirən Arzu Əliyeva qeyd edib ki, biz gənclərin fəal həyat tərzi yaşamasının tərəfdarıyıq. Ölkədə idmana marağı artırmaq məqsədilə mötəbər idman yarışları təşkil olunur. Birinci Avropa Oyunları, Formula-1, İslam Həmrəyliyi Oyunları, xüsusən də ötən həftə təşkil olunan Bakı Marafonu buna misaldır. Biz bu yarışların ətrafına çoxlu sayda insan toplamağı bacardıq. Bu da həm əyləncəli vaxt keçirmək, həm də sağlamlıq baxımından çox faydalıdır.

Ötən il keçirilən ən mötəbər yarışlardan birinin də Formula-1 olduğunu diqqətə çatdıran Arzu Əliyeva deyib: “Biz budəfəki yarışı ötənilkindən daha yaxşı təşkil edəcəyik. Gələn il isə builki təcrübədən faydalanaraq, Formula-1-i bundan da yaxşı keçirəcəyik. Azərbaycan təmsilçisinin “Tour d’Azerbaidjan” yarışındakı nəticəsinə çox sevindik. Bununla qürur duyuruq. Bütün iştirakçılara uğurlar arzulamaq istəyirəm. Onları yenidən Azərbaycana dəvət edirəm”.

S.Xankişiyeva

Paylaş:
580

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər