Millimiz İslamiadaya heç-heçə ilə başladı | 1news.az | Xəbərlər
Futbol

Millimiz İslamiadaya heç-heçə ilə başladı

20:51 - 08 / 05 / 2017
Millimiz İslamiadaya heç-heçə ilə başladı

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına start verilib.

1news.az-ın məlumatına görə, açılış oyunu Səudiyyə Ərəbistanı və Mərakeşin 23 yaşadək futbolçulardan ibarət komandaları arasında keçirilib. Oyun Afrika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci oyununda Türkiyə Əlcəzairə uduzub - 1:2. Digər görüşdə Fələstin Omanla qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.

A qrupunda yer alan millimiz isə ilk görüşdə Kamerun yığması ilə üz-üzə gəlib. “Bayıl Arena”da keçirilən oyunda qapılara qol vurulmayıb.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi mayın 12-də keçiriləcək. 56 ölkənin və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) bayrağı altında çıxış edəcək idmançılar 20 növ üzrə 269 medal dəsti uğrunda mübarizə aparacaqlar.

1news.az

Paylaş:
776

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər