Vaşinqtonda Azərbaycan mədəniyyətinin təntənəsi davam edir – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Vaşinqtonda Azərbaycan mədəniyyətinin təntənəsi davam edir – FOTO

16:47 - 09 / 05 / 2017
Vaşinqtonda Azərbaycan mədəniyyətinin təntənəsi davam edir – FOTO

Azərbaycanın ABŞ-dakı səfirliyi ölkəmizin zəngin mədəniyyətini nümayiş etdirmək üçün öz qapılarını geniş ictimaiyyət üçün açıb.

1news.az-ın məlumatına görə, gün ərzində yağışlı hava şəraitinə baxmayaraq min nəfərdən çox qonaq səfirliyi ziyarət edib. Ziyarətçilər arasında Vaşinqton və yaxın ərazilərdə yaşayan ictimaiyyət nümayəndələri, dövlət strukturlarında çalışan və diplomatik korpus əməkdaşları olub.

Səfirliyə təşrif buyurmuş çoxsaylı qonaqlara ölkəmizin milli mədəni irsi, füsunkar təbiəti və müxtəlif sahələrdə əldə etdiyi əlamətdar uğurları əks etdirən əyani vəsaitlər, xüsusilə Azərbaycan xalçaları, milli geyimlər, rəsm əsərləri, xəritə, kitab və müxtəlif nəşrlər nümayiş olunub.

Daha sonra qonaqlara ölkəmizin tarixi, coğrafiyası, turizm potensialı, o cümlədən Bakı və bölgələrin füsunkar təbiəti və göz oxşayan yerlərdən bəhs edən video çarxlar nümayiş etdirilib. Bundan əlavə, ziyarətçilərə ölkəmizin coğrafi mövqeyi, zəngin tarixi, qədim adət-ənənəsi və qonaqpərvər insanları haqqında məlumat verilib və onların sualları cavablandırılıb.

Ziyarətçilərdə Azərbaycan musiqisi və rəqsləri xüsusilə böyük maraq doğurub. Vaşinqtonda fəaliyyət göstərən İpək Yolu Rəqs Kompaniyasının (Silk Road Dance Company) ifasında milli rəqslərimizin “Nəlbəki”, “Sarı Gəlin”, “Arşın mal alan” və s. kimi rəqs nümunələri açıq havada və səfirliyin binasında qonaqlara nümayiş etdirilib  və ziyarətçilərin bir çoxu rəqqasələrlə birlikdə yallı gediblər.

Bundan başqa, səfirliyin ərazisində uşaqlar üçün rəsm guşəsi təşkil edilib və ölkəmizin görməli yerləri fonunda fotoşəkil çəkdirmək imkanı yaradılıb. Nahar zamanı qonaqlara təklif edilən plov süfrəsi onlara xüsusi heyranlıq hissi oyadıb.  

Qeyd edək ki, bu festival Vaşinqton meriyası tərəfindən “Dünya boyu Səfirliklər Turu” (Around the World Embassy Tour) adlı mədəni festival çərçivəsində təşkil olunub. Azərbaycanın ABŞ-dakı səfirliyi ardıcıl olaraq 5 ildir ki, bu təşəbbüsdə iştirak edir. Ümumiyyətlə isə, bu il qeyd olunan festivalda 72 ölkənin səfirliyi iştirak edib.

Qeyd edək ki, səfirlik Azərbaycan mədəniyyətinin təbliği məqsədilə silsilə tədbirlərdə iştirak edir.

Xatırladaq ki, 26 apreldə keçirilmiş “Macy’s Global Fashion” mədəni tədbiri çərçivəsində 38 ölkə səfirliyi arasında “Ən yaxşı milli geyim” adlı müsabiqədə qalib gələn Azərbaycanın milli geyimi bir ay ərzində Vaşinqtonun mərkəzində yerləşən məşhur “Macy’s” ticarət şəbəkəsinin vitrinlərində sərgilənməkdədir.

Babək Cahandarov

Paylaş:
604

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər