Tramp FTB-nin direktorunu vəzifəsindən azad edib | 1news.az | Xəbərlər
Dünya

Tramp FTB-nin direktorunu vəzifəsindən azad edib

09:41 - 10 / 05 / 2017
Tramp FTB-nin direktorunu vəzifəsindən azad edib

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) direktoru Ceyms Komini vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin rəhbəri Şon Spayser bildirib.

O qeyd edib ki, Prezident Donald Tramp bu gün FTB direktoru Ceyms Komini səlahiyyətlərinin başa çatması və vəzifədən uzaqlaşdırılması barədə məlumatlandırıb.

Komi prezident Barak Obama  tərəfindən 2013-cü ildə FTB rəhbəri vəzifəsinə 10 illik müddətinə təyin olunmuşdu.

Pərvanə Sultanova 

Paylaş:
830

Son xəbərlər

Bütün xəbərlər