Tovuzda kənd ərazisindən silah-sursat tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda kənd ərazisindən silah-sursat tapılıb

22:06 - 11 / 05 / 2017
Tovuzda kənd ərazisindən silah-sursat tapılıb

Tovuz rayonunda kənd ərazisindən silah-sursat tapılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Tovuz Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən rayonun Abulbəyli kəndi ərazisindən 1 ədəd “TOZ” markalı tüfəng, 18 ədəd avtomat patronu, 1 ədəd patron darağı, 1 ədəd “F-1” və 1 ədəd “RQD-5” qumbaraları tapılıb və aidiyyatı üzrə təhvil verilib.

1news.az

Paylaş:
740

Son xəbərlər

Bütün xəbərlər