Səbaildəki “Şıx” ərazisindəki yamacda və Badamdarda yeni yaşıllıqlar salınıb – FOTO
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş tədbirlər paytaxtımızın Səbail rayonunda xüsusi təntənə ilə keçirilir.
1news.az-ın məlumatına görə, əlamətdar günlə bağlı ərazidəki park və bağlarda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, yeni ağaclar əkilib.
Ulu öndərin doğum gününə həsr olumuş növbəti genişmiqyaslı ağacəkmə aksiyası Səbail RİH tərəfindən “Şıx” ərazisindəki yamacda salinan “Ekoloji park”ın ərazisində və Badamdar qəsəbəsindəki Zeytun bağında rayonun idarə, təşkilat, müəssisələrinin, təsərrüfat xidmətlərinin işçiləri və rayon ictimaiyyətinin nümayəndələrinin ümumilikdə 500 nəfərin iştirakı ilə keçirilib.
Ölkə başçısının tapşiriqlarına əsasən ötən il salınmış 29 hektarlıq bu parkın ərazisində 100 mindən çox Eldar şamı, oluandr, kiparis, zeytun və püstə ağacları əkilib, damcı üsuslu ilə suvarılma və gündəlik qulluq nəticəsində buradakı ağacların hamısında inkişaf edərək burada böyük meşə zolağı yaranıb.
Keçirilən iməşlikdə ümumilikdə 1200 ədəd zeytun ağacı əkilib, əlavə olaraq əvvəl əkilmiş ağaclara qulluq göstərilib. Parkin yaradılması ekoloji problemlərin mövcud olduğu Bibiheybət buxtası və ümumilikdə Bakı şəhərindən cənub və qərb istiqamətində çıxış ərazilərinin ekoloji təmizliyi, gələcəkdə burada sağlam zonaların yaradılması istiqamətində görülən işlərə səbaillilərin töhfəsi olacaq.
Eyni zamanda Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun istirahət parkları və bağlarında rayon ictimaiyyəti nümayəndələri və ayrı-ayrı istedadlı gənclər tərəfindən özlərinin bacarıq və istəklərinə uyğun gül və gül-kol bitkiləri əkilib, gənclərin sərbəst qaydada öz fantaziyalarına uyğun müxtəlif kompozisiyalar hazırlanıb nümayiş etdirilib.
Mərkəzdəki “Sahıl bagı güllərdən yaradılan kompozisiyalarla başdan-başa bəzədilmiş, parkın bütün perimetri üzrə yeni çiçəklər əkilib, qazon örtüyü yenilənib, əraziyə xüsusi yaraşıq verən yaşıllıq guşələri yaradılıb. Təkcə “Sahil bağı”ndakı gül kompozisiyalarının yaradılmasına 28 min ədəd güldən istifadə olunub.
Babək Cahandarov