Bakıda maşın aşıb: sürücü ölüb, sərnişini yaralanıb

Dünən axşam saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, mayın 11-də saat 22 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini Fərahim Qarayev idarə etdiyi “Oka” markalı avtomobili aşırıb.
Nəticədə sürücü və bir sərnişini xəstəxanaya yerləşdirilib. F.Qarayev orada ölüb.
Babək Cahandarov
599