Ramil Usubov Çin səfiri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ramil Usubov Çin səfiri ilə görüşüb

19:07 - 12 / 05 / 2017
Ramil Usubov Çin səfiri ilə görüşüb

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 12-də Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanı qəbul edib.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, nazir iki ölkə arasındakı münasibətlərin tarixən mövcud olmuş Böyük İpək Yolu vasitəsi ilə ticarət və mədəni əlaqələrdən qaynaqlandığını, onun inkişafının dönüş nöqtəsinin isə ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına ilk rəsmi səfəri ilə bağlı olduğunu xatırladıb.

Ramil Usubov bildirib ki, Azərbaycanın Daxili İşlər Nazirliyi ilə Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq onun 2004-cü ilin aprelində bu ölkəyə səfəri zamanı imzalanmış Saziş çərçivəsində həyata keçirilir və ikitərəfli əlaqələr, eyni zamanda, Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) vasitəsi ilə aparılır.

Nazir 2003-cü ildən başlayaraq DİN Daxili Qoşunlarının hərbi qulluqçularının Çin Xalq Respublikasında müxtəlif təlim kurslarında iştirakını məmnunluqla qeyd edib.

Daxili işlər naziri Ramil Usubov xüsusən kibercinayətkarlıqla mübarizədə Çinin təcrübəsini yüksək qiymətləndirib.

Səfir Vey Cinhua Bakının onda böyük təəssürat yaratdığını qeyd edərək, ictimai asayişin, əmin-amanlığın yüksək səviyyədə qorunduğu paytaxt şəhərlərindən biri olduğunu bildirib.

Azərbaycanın iqtisadiyyatına külli miqdarda sərmayə yatıran xarici investorların və digər əcnəbi vətəndaşların burada tam sərbəst və təhlükəsizlik şəraitində yaşayaraq fəaliyyət göstərmələrindən məmnunluğunu ifadə edən səfir belə şəraitin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsinə əlverişli zəmin yaratdığını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

1news.az

Paylaş:
778

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər