Nazirlik: Küləyin sürəti Abşeron yarımadasında və bəzi rayonlarda 23-30 m/s-dək güclənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: Küləyin sürəti Abşeron yarımadasında və bəzi rayonlarda 23-30 m/s-dək güclənib

10:57 - 12 / 05 / 2017
Nazirlik: Küləyin sürəti Abşeron yarımadasında və bəzi rayonlarda 23-30 m/s-dək güclənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mayın 11-i gündüzdən ayın 12-si səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, mayın 11-i gündüzdən 12-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub, güclü şimal-qərb küləyi əsib, küləyin sürəti Abşeron yarımadasında və bəzi rayonlarda arabir 23-30 m/s-dək güclənib.

Yağan intensiv yağış nəticəsində Kişçay, Şinçay, Kürmükçay və Baş Daşağıl çaylarında sululuq artıb.

Yağışın miqdarı Bakıda və Abşeron yarımadasında 1-5, Böyük Qafqazda 1-17, dağlıq və dağətəyi rayonlarda 23-52, Naxçıvan MR-da 1-7, Mərkəzi-Aran rayonlarında 1-5, Kiçik Qafqazda  9-11, Qazax-Gəncə zonasında 1-9 mm olub.

Köşklü, Aşıqlı, Çaykənd, Quşçu kəndlərinə isə dolu düşüb. Dolunun miqdarı Göygöldə 13, Zurnabad kəndində (Göygöl) 18, Daşkəsənin Zağalı Göl kəndinə 12 mm təşkil edib.

Babək Cahandarov

Paylaş:
595

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər