Astara rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Astara rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

11:26 - 12 / 05 / 2017
Astara rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Astara rayonunda işgüzar forum keçirib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- İxtisaslaşdırılmış “yaşıl market”, cins heyvandarlıq, çayçılıq, istixana, arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı) və bağçılıq təsərrüfatlarının və meyvə emalı müəssisəsinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

Babək Cahandarov

Paylaş:
644

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər