Cüdoçularımızın “Bakı-2017”də ilk qızıl medalı | 1news.az | Xəbərlər
İdman

Cüdoçularımızın “Bakı-2017”də ilk qızıl medalı

18:27 - 13 / 05 / 2017
Cüdoçularımızın “Bakı-2017”də ilk qızıl medalı

Bu gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan cüdoçuları ilk qızıl medalı qazanıblar.

1news.az  xəbər verir ki, qızıl medalı komandamızın aktivinə Erdenebat Bazarraqça yazdırıb.

Azərbaycan  Prezidenti,  Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmasına baxıblar.

Yarışda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan E.Bazarraqçanın rəqibi digər təmsilçimiz Aişə Qurbanlı olub.

E.Bazarraqça 1:0 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu adına layiq görülüb.

1news.az

Paylaş:
955

Son xəbərlər

Bütün xəbərlər