Rafael Ağayev qızıl medal qazandı | 1news.az | Xəbərlər
İdman

Rafael Ağayev qızıl medal qazandı

20:49 - 13 / 05 / 2017
Rafael Ağayev qızıl medal qazandı

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının karate yarışında 75 kq çəki dərəcəsində qaliblər müəyyənləşib.

1news.az-ın  məlumatına görə, finalda Azərbaycan idmançısı Rafael Ağayev pakistanlı Qulam Sədi ilə qarşılaşıb.

5 qat dünya çempionumuz R.Ağayev rəqibinə göz açmağa imkan verməyib - 4:0.

Bu, karate yarışlarında Azərbaycanın ikinci qızıl medalıdır.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

1news.az

 

Paylaş:
1174

Son xəbərlər

Bütün xəbərlər