İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında cüdoçuların mükafatlandırma mərasimində iştirak edib | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında cüdoçuların mükafatlandırma mərasimində iştirak edib

20:47 - 13 / 05 / 2017
İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarında cüdoçuların mükafatlandırma mərasimində iştirak edib

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçuların mükafatlandırma mərasimi keçirilib.

1news.az  Trend-ə istinadla xəbər verir ki, qaliblərə medalları Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.

Bu çəkidə idmançımız Nicat Şıxəlizadə birinci olub.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Cüdoçuların yarışını Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da izləyib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

1news.az

 

 

 

Paylaş:
939

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər