"Bakı2017": Qadın həndbolçularımız finalda | 1news.az | Xəbərlər
İdman

"Bakı2017": Qadın həndbolçularımız finalda

12:14 - 13 / 05 / 2017
"Bakı2017": Qadın həndbolçularımız finalda

Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində həndbol üzrə yarışlarda qadınlardan ibarət Azərbaycan yığması yarışların final mərhələsinə yüksəlib.

1news.az-ın məlumatına görə, həndbolçularımız Özbəkistan yığması üzərində 45:25 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

1news.az

Paylaş:
687

Son xəbərlər

Bütün xəbərlər