Milli Məclis Rusiya Ali Məhkəməsi tərəfindən ÜAK-ın ləğvini qınayıb
Bəzi qüvvələr var ki, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək istəyir.
Bunu mayın 16-da Milli Məclisin plenar iclası zamanı Parlamentin Regional məsələlərüzrə komitəsinin sədri Arif Rəhimzadə bildirib.
Onun sözlərinə görə, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi iki ölkə arasında əməkdaşlığa kölgə salacaq.
Öz növbəsində də Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, elə bir qeyri-hökumət təşkilatı yoxdur ki, onun sənədlərində problem olmasın:
“Axı bu, həlledici məsələ deyil”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri Əli Hüseynli bildirib ki, Azərbaycan həmişə Rusiya ilə münasibətlərə bütün beynəlxalq tribunalarda üstünlük verib, dəstəkləyib. İndi isə növbə Rusiyanındır.
“Son illərdə Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yüksək səviyyədə olub. Rusiya tərəfi bilməlidir ki, Ali Məhkəmənin qəbul etdiyi bu qərar münasibətlərə ciddi ziyan vurur. Ümid edirik ki, növbəti mərhələdə bu qərara düzəliş ediləcək”.
Xatırladaq ki, dünən Rusiya Federasiyası Ali Məhkəməsində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatı ləğv edilib. Təşkilatın rəhbəri Fazil Qurbanov məhkəmənin qərarını ədalətsiz adlandıraraq, appelyasiya şikayətinin veriləcəyini bəyan edib.
Ümumrusiya Azərbaycan Konqresi 2001-ci il martın 5-də Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən yaradılıb.
Mövzu ilə əlaqədar oxuyun:
Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv edib
Hikmət Hacıyev: ÜAK-ın ləğv edilməsi ciddi təəssüf və təəccüb doğurur
Diaspora Komitəsi ÜAK-ın bağlanması ilə bağlı bəyanat verdi
Tərcümə: S.Xankişiyeva