ÜAK prezidenti Putinə müraciət edib | 1news.az | Xəbərlər
Siyasət

ÜAK prezidenti Putinə müraciət edib

15:15 - 16 / 05 / 2017
ÜAK prezidenti Putinə müraciət edib

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) prezidenti Fazil Qurbanov qurum ətrafında yaranmış məsələyə diqqətlə yanaşması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, təşkilat Rusiya Ali Məhkəməsinin qərarını qəbul etmədiyini bildirib:

 “Ümid edirik ki, Rusiya yüksək məhkəmə instansiyaları bizim müraciətlərimizə və qayğılarımıza anlayışla yanaşacaq”.

Müraciətdə qeyd olunur ki, əvvəlki illərdə təşkilatın fəaliyyətində sənədləşmənin aparılması ilə bağlı səhvlər və texniki xarakterli yanlışlıqlar qeydə alınıb:

“Bu qeydlər təşkilatın mərkəzi orqanına şamil edilə bilməz. Biz məhkəmədə bildirmişik ki, yeni rəhbərlik əvvəl buraxılan yanlışlıqların aradan qaldırılması üçün böyük işlər görüb və gələcəkdə bu cür səhvlərin qarşısının alınması üçün kompleks addımlar atılıb”.

F.Qurbanov müraciətində diaspor təşkilatının ləğv olunmasının məqsədəuyğun olmadığını vurğulayıb:

“Təşkilatın Rusiya Federasiyasında həyata keçirdiyi böyük və səmərəli işlərin fonunda sənədləşmədəki xırda səhvlərə görə, bir xalqın diaspor təşkilatını ləğv etmək olmaz. Azərbaycan xalqı Rusiya xalqları ilə vahid tarixi-coğrafi məkanda 200 illik birgə yaşayışı müddətində heç vaxt terrorçuluq və ya dövlət əleyhinə fəaliyyətlərdə iştirak etməyib”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Mövzu ilə əlaqədar oxuyun:

Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv edib

Hikmət Hacıyev: ÜAK-ın ləğv edilməsi ciddi təəssüf və təəccüb doğurur

Diaspora Komitəsi ÜAK-ın bağlanması ilə bağlı bəyanat verdi

S.Xankişiyeva

Paylaş:
452

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər