Azərbaycan nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təşkili üzrə konfransda iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təşkili üzrə konfransda iştirak edəcək

18:30 - 16 / 05 / 2017
Azərbaycan nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təşkili üzrə konfransda iştirak edəcək

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərinə yola düşüb.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təşkili üzrə mayın 17-də keçiriləcək 3-cü planlaşdırma konfransında iştirak edəcək.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının cari ilin iyul 29-dan avqustun 12-dək 5 ölkə (Azərbaycan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Çin Xalq Respublikası və Rusiya Federasiyası) ərazisində keçirilməsi planlaşdırılır.

Babək Cahandarov

Paylaş:
820

Son xəbərlər

Bütün xəbərlər