Prezident cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyi ilə bağlı fərman imzalayıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyi ilə bağlı fərman imzalayıb

18:39 - 16 / 05 / 2017
Prezident cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyi ilə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev “Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədi ilə qərara alıram:

1. “Cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi Qaydaları” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin”.

1news.az

Paylaş:
806

Son xəbərlər

Bütün xəbərlər