Bakıda avtomobil təmiri sexi yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtomobil təmiri sexi yanıb

10:36 - 16 / 05 / 2017
Bakıda avtomobil təmiri sexi yanıb

Bakıda yerləşən avtomobil təmiri sexlərindən birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 18 m2 olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yaxınlıqda olan qarajlar və avtomobil yanğından mühafizə olunub.

Babək Cahandarov

Paylaş:
918

Son xəbərlər

ABB binasında Libraff!

16 / 09 / 2025, 17:24
Bütün xəbərlər