Fransa Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirmək istəyir
Fransanın kənd təsərrüfatı ekspertlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edib.
1news.az-a Fransanın ölkəmizdəki səfiliyindən verilən məlumata görə, səfər mayın 19-dək davam edəcək.
Şərabçılıq və bağçılıq üzrə Fransa ekspertlərindən ibarət nümayəndə heyətinin səfərində əsas məqsəd Azərbaycanın kənd təsərrüfatı potensialı ilə tanış olmaq və işgüzar əlaqələr qurmaqdır. Onlar həmçinin, Gürcüstanda da olacaqlar.
Layihə BUSINESS FRANCE-ın Aqrotek Departamenti və Fransanın Azərbaycandakı səfirliyinin ticarət və investisyalar nümayəndəliyi tərəfindən işlənib həyata keçirilir.
Aqrotek Departamentinin rəhbəri Natalya Ştıkalo deyib : "Biz əminik ki, həm Gürcüstanda, həm də Azərbaycanda, bu ölkələrin dövlətləri tərəfindən stimullaşdırılan daxili satış bazarına və unikal ixrac potensialına əsaslanan Aqro Sənaye Kompleksinin bundan sonra daha da inkişaf etdirilməsi üçün, geniş imkanlar var. Hər hansı bir maraqlı Fransa şirkəti, əgər onun məhsullarına tələbat varsa, Azərbaycan və Gürcüstan ərazisində öz biznesini uğurla inkişaf etdirə bilər”.
Fransa nümayəndə heyətinin Bakıya gəlişi, Azərbaycanın və xarici ölkələrin ən böyük kənd təsərrüfatı müəssisələrinin iştirak etdiyi Caspian Agro 2017 sərgisi ilə bağlıdır. Sərginin işgüzar proqramı çərçivəsində BUSINESS FRANCE-ın Aqrotek Departamenti mayın 18-də Fransa Günü təşkil edir, nümayəndə heyətinin hər bir üzvü öz şirkətini təqdim edəcək və Azərbaycan iş adamlarının suallarını cavab verəcək. Günün birinci yarısı Fransa şirkətlərinin təqdimatlarına həsr olunacaq.
Saat 14.30-dan 16.30-dək isə əvvəlcədən edilmiş müraciətlər əsasında təyin olunmuş AMBASSADE DE FRANCE EN AZERBAÏDJAN SERVICE DE PRESSE fərdi işgüzar görüşlər keçiriləcək.
Pərvanə Sultanova