Azərbaycanda dəhşət: Maşınla atasının üstündən keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda dəhşət: Maşınla atasının üstündən keçdi

12:51 - 16 / 05 / 2017
Azərbaycanda dəhşət: Maşınla atasının üstündən keçdi

Mayın 14-də Sumqayıtda baş vermiş qətlin üstü açılıb.

1news Lent.az istinadla xəbər verir ki, həmin gün saat 17 radələrində Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Şabran rayon sakini Nizami Rəsulov vurulub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisənin "VAZ-2107" markalı avtomobillə törədildiyi müəyyən edilib.

 Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobili idarə edən mərhumun oğlu Nazim Rəsulov tutulub. O, izahatında hadisəni ailə-məişət münaqişəsi zəminində qəsdən törətdiyini etiraf edib.

 Faktla əlaqədar cinayət işi başlanılıb. 

1news

 

Paylaş:
459

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər