Zaqatalada “Nissan” ağaca çırpılıb, sürücü ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada “Nissan” ağaca çırpılıb, sürücü ölüb

13:42 - 17 / 05 / 2017
Zaqatalada “Nissan” ağaca çırpılıb, sürücü ölüb

Zaqatala rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Zaqatala rayonu ərazisində “Baksell Ltd” MMC-yə məxsus “Nissan” markalı minik avtomobili idarəetməni itirmiş və yolun kənarındakı ağaca çırpılaraq yol-qəza hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Babək Cahandarov

Paylaş:
705

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər