Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 3 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 3 nəfər xilas edilib

10:10 - 17 / 05 / 2017
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 3 nəfər xilas edilib

Bakıda yerləşən çoxmərtəbəli yaşayış binalarının birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci girişində şaxta boyunca elektrik kabeli 54 p.m, 3-cü və 4-cü mərtəbələrin pilləkan qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər xilas edilib, 35 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Babək Cahandarov

Paylaş:
605

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər