İntegral şirkəti təqdim edir: Səmavi ölkədən ZTE keyfiyyəti
Hazırda əksər Çin məhsullarının keyfiyyətinin dünya standartlarına yaxınlaşdığı, bəzən isə hətta üstün olduğu sirr deyil.
Bu brendlərdən birinin, operatorlar və cihazlar üçün telekommunikasiya avadanlıqlarının dünya üzrə aparıcı tədarükçüsü ZTE-nin məhsulları bunu təsdiq edir. Məhz buna görə ZTE-nin Azərbaycanda rəsmi distribütoru olan İntegral şirkəti bu brendi seçib. Fəaliyyətinə 1985-ci ildə, daxili bazara yönələn xırda layihələrdən başlayan ZTE qısa müddətdə dünya səviyyəli məhsulların istehsalında təcrübə toplayaraq adlı-sanlı şirkətləri qabaqlaya bilib.
Şirkət Azərbaycanda geniş çeşiddə müasir smartfonlar və digər mobil qurğular, o cümlədən keyfiyyətli və sərfəli qiymətli mobil telefonlar təqdim etməyə hazırlaşır. İldən-ilə ZTE daha çox müxtəlif qiymət diapazonlu mobil telefonlar təklif edir. ZTE məhsulları etibarlılıq, müasir dizayn, innovasiya və dünya keyfiyyət standartları mütənasibliyi ilə seçilir.
Şirkət illik mənfəətinin 10%-i daima müxtəlif araşdırmaların aparılması və innovasiyaların işlənib hazırlanmasına yönəldir. ZTE xüsusilə beşinci nəsil mobil rabitənin (5G) işlənib hazırlanmasında mühüm uğurlar əldə edib. Şirkət xaricdə tanınmaq üçün 2013-cü ildə fəal işə başlayıb və adıçəkilən il ZTE-in inkişafında əsl dönüş nöqtəsi olub. Hazırda ZTE on minlərlə insanın çalışdığı dünya şöhrətli, zəngin bir korporasiyadır. Şirkətin məhsulları Asiya və Sakit Okean regionu, Cənubi Asiya, Şimali Amerika, Latın Amerikası, Afrika, Avropa və MDB ölkələri daxil olmaqla, 140 ölkədə təqdim olunur.
ZTE smartfonları isə artıq bütün dünyada şöhrət qazanıb. 2016-cı ildə ZTE Rusiya bazarında “Apple”i qabaqlayaraq smartfonların satışı üzrə 2-ci yerə çıxıb. Həmin ilin avqustunda ZTE smartfonları Rusiya bazarında 9,4% paya malik olaraq “iPhone”-u (9,1%) üstələyib.
Müstəqil araşdırmalara əsasən, ABŞ-da şirkət sayca dördüncü ən böyük mobil qurğular və ikinci ən böyük əvvəlcədən ödənilmiş telefon məhsulu tədarükçüsüdür. ZTE “The Golden State Warriors”, “Houston Rockets” və “New York Knicks” kimi məşhur basketbol komandalarının rəsmi təchizatçısıdır.
Bir daha qeyd edək ki, Azərbaycanda ZTE məhsullarını ölkə telekommunikasiya bazarında 1997-ci ildən fəaliyyət göstərən, etibarlılığı və peşəkarlığı ilə tanınan İnteqral şirkəti təqdim edir. Hazırda İntegral 15-dən çox dünya brendinin Azərbaycanda rəsmi distribütorudur.
Güclü çoxşaxəli diler şəbəkəsinə malik İntegral Azərbaycanın bütöv ərazisini keyfiyyətli məhsullarla təmin edir. Şirkətin mağazalar şəbəkəsi və servis xidməti Bakı, Gəncə, Sumqayıt şəhərlərini və respublikanın təxminən 50 regionunu əhatə edir. Artıq 20 ildən çoxdur ki, İntegral uğurla Azərbaycan istehlakçılarını dünya brendlərinin müxtəlif keyfiyyətli məhsulları ilə tanış edir.
Daha ətraflı məlumatı *9292 nömrəli telefondan; [email protected] e-mail və www.integral.az saytına daxil olmaqla əldə edə bilərsiniz.
Reklam hüququnda