Nazir müavini: "Qarabağ münaqişəsinin həlli üçün başqa yollar axtaracağıq” | 1news.az | Xəbərlər
Siyasət

Nazir müavini: "Qarabağ münaqişəsinin həlli üçün başqa yollar axtaracağıq”

10:37 - 17 / 05 / 2017
Nazir müavini: "Qarabağ münaqişəsinin həlli üçün  başqa yollar axtaracağıq”

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli vacibdir”.

1news. az-ın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev  Bolqarıstanın "Focus" radiosuna açıqlamasında deyib.

O bildirib ki, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməlidir:  "Son 25 ildə  Azərbaycan ərazisinin 20 faizi işğal edilib, bir milyona yaxın insan qaçqın və  məcburi köçkün düşüb.

Biz Dağlıq Qarabağ münaqişəsinin həllini üç nöqtədə görürük: ərazilərin tədricən işğaldan azad edilməsi, onların bərpası və məcburi köçkünlərin tədricən həmin yerlərə qayıtması”.

Məmməd-Quliyev əlavə edib ki, Ermənistanın mövqeyi işğal olunmuş ərazilərin demoqrafik quruluşu dəyişdirməyə yönəlib:

“Məqsəd Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim etmək və ikinci erməni dövləti yaratmaqdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır, amma buna nail olunmadıqda biz başqa yollar axtaracağıq”.

Pərvanə Sultanova

Paylaş:
961

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər