Səfir: "Norveç və Azərbaycan mühüm qlobal enerji təminatçılarıdır" | 1news.az | Xəbərlər
Siyasət

Səfir: "Norveç və Azərbaycan mühüm qlobal enerji təminatçılarıdır"

23:00 - 17 / 05 / 2017
Səfir: "Norveç və Azərbaycan mühüm qlobal enerji təminatçılarıdır"

Bakıda Norveçin milli bayramı - Konstitusiya Günü və Azərbaycan-Norveç diplomatik əlaqələrinin qurulmasının 25 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.

1news.az-ın məlumatına görə, tədbirdə  rəsmi şəxslər, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Norveçin Azərbaycandakı səfiri Baard İvar Svendsen bildirib ki, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının və Norveçin “Statoil” şirkətinin Azərbaycandakı fəaliyyətinin 25 illiyi qeyd olunur. Səfir həm Norveç, həm də Azərbaycanın mühüm qlobal enerji təminatçıları olduğunu vurğulayıb. O, “Statoil”in ötən illər ərzində Azərbaycana 6,5 milyard dollar investisiya yatırdığını bildirib.

Baard İvar Svendsen ki, Norveçin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu əlavə edib.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Azərbaycan rəhbərliyi adından Norveç xalqını və dövlətini təbrik edib.

Ötən 25 il ərzində iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirən nazir bu münasibətlərin inkişafında “Statoil” in rolunu xüsusi qeyd edib.

“Münasibətlərimizin inkişafı xalqlarımızın mənafelərinə xidmət edir”, - deyən nazir norveçli dünya şöhrətli alim-səyyah Tur Heyerdalın Azərbaycana səfərlərini, burada apardığı araşdırmaları xatırladıb.

O bildirib ki, Azərbaycanla Norveç arasında hüquqi baza yaradılıb, yüksək səviyyəli səfərlər həyata keçirilib:

“Azərbaycan  bütün ölkələrlə əlaqələrin inkişafında maraqlıdır, bu ölkələr arasında Norveç xüsusi əhəmiyyət daşıyır”.

Pərvanə Sultanova

 

Paylaş:
914

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər