Tərtər ictimaiyyəti və hərbçilərin iştirakı ilə ümumrayon toplantısı keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Tərtər ictimaiyyəti və hərbçilərin iştirakı ilə ümumrayon toplantısı keçirilib - FOTO

23:32 - 17 / 05 / 2017
Tərtər ictimaiyyəti və hərbçilərin iştirakı ilə ümumrayon toplantısı keçirilib - FOTO

Müdafiə Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gənclərin milli-mənəvi dəyərlər əsasında Vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə edilməsinin aktual məsələləri” mövzusunda rayon ictimaiyyəti və bölgədəki hərbi hissələrin nümayəndələrinin iştirakı ilə ümumrayon toplantısı keçirilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni oxunub.

Tərtər Rayon Mədəniyyət Mərkəzində keçirilən toplantını rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tədbirin əhəmiyyətindən danışıb.

Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani mövzu ətrafında geniş məruzə ilə çıxış edib.

Toplantıda digər çıxış edənlər gənclərin vətənpərvərlik tərbiyəsində, xalq-ordu birliyinin möhkəmləndirilməsində belə tədbirlərin mühüm rol oynadığını vurğulayıblar.

Tədbir iştirakçıları bu gün gənclərin ata-babalarımızın qəhrəmanlıq yolunu şərəflə davam etdirdiklərini, vətənin keşiyində daim ayıq-sayıq dayandıqlarını və ərazi bütövlüyümüzün bərpası uğrunda Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bildiriblər.

Sonda bəstəkar Azad Zahidin A.Qurbaninin sözlərinə bəstələdiyi “Qəhrəman Tərtərim” mahnısı əsasında çəkilmiş klip nümayiş olunub, iştirakçılara aprel döyüşlərindən bəhs edən “Aprel zəfəri” filminin diskləri paylanılıb.

1news.az

Paylaş:
600

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər