ABŞ-da siyasi qalmaqallar varlılara 35 milyard dollar ziyan vurub | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da siyasi qalmaqallar varlılara 35 milyard dollar ziyan vurub

17:28 - 18 / 05 / 2017
ABŞ-da siyasi qalmaqallar varlılara 35 milyard dollar ziyan vurub

Dünyanın ən varlı insanları ABŞ-da qeyri-sabitliyin bazara sarsıdıcı təsiri səbəbindən ötən çərşənbə günü 35 milyard dollar itiriblər.

1news.az-ın İnterfax-a istinadla verdiyi xəbərə görə, planetin ən zəngin adamı, 86,6 milyard dollar sərvətə malik Bill Qeytsə məxsus Microsoft-un aksiyalar zərfi 1 milyard dollar ucuzlaşıb. Amazon-un banisi Ceff Bezos 1,7 milyard dollar itirərək ən varlı şəxslərin reytinqində ikinci pillədən üçüncü yerə enib. İspan milyarderi Amasio Orteqinin varidatı 355 milyon dollar azalıb və o, 83,2 milyard dollar sərvətlə Bezosun yerini tutub.

ABŞ-da FTB-nin direktoru Ceyms Kominin işdən çıxarılması və Prezident Donald Trampın Moskva ilə əlaqələrində yaranmış şübhələrlə bağlı qalmaqallar fonunda dünya fond indekslərində də azalma baş verib. Çərşənbə günü Amerika fond indeksləri son səkkiz ayda rekord templərlə enib: mayın 17-də Dow Jones Industrial Average-nin indeksi 372,82 bənd (1,78 faiz), Standard & Poor's 500-ün indeksi 43,65 bənd (1,82 faiz) geriləyib. Nasdaq Composite 158,63 bənd (2,57 faiz) itirib.

Ən çox ziyana isə Facebook-un yaradıcısı Mark Zukerberq düşüb. Belə ki, sosial şəbəkənin səhmlərinin 3,3 faiz ucuzlaşması nəticəsində o, 2 milyard dollar itkiyə məruz qalıb. Blomberq-in qiymətləndirməsinə əsasən, Zukerberq hazırda 62,3 milyard dollar sərvətlə planetin varlı şəxslərinin reytinqində beşinci yeri tutur.

S.Xankişiyeva

Paylaş:
870

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər