Müəllimləri müsabiqədənkənar işə qəbul etmək hüququ olan məktəblərin adları açıqlanıb – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllimləri müsabiqədənkənar işə qəbul etmək hüququ olan məktəblərin adları açıqlanıb – SİYAHI

17:56 - 18 / 05 / 2017
Müəllimləri müsabiqədənkənar işə qəbul etmək hüququ olan məktəblərin adları açıqlanıb – SİYAHI

Təhsil Nazirliyi 2017-2018-ci tədris ilində vakant yerlərə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul etmək hüququ olan ümumi təhsil müəssisələrinin siyahısını açıqlayıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, siyahıda 10 təhsil müəssisəsi yer alıb. Buraya Bülbül adına orta ixtisas musiqi məktəbi, Bakı Avropa Liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, akademik Zərifə Əliyeva adına orta ümumtəhsil Məktəbi, 132-134 nömrəli Təhsil Kompleksi, Fizika-riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyi, Kimya-biologiya Təmayüllü Respublika Lisey, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası və T.Həsənov adına 23 nömrəli tam orta məktəb daxildir.

Babək Cahandarov

 

Paylaş:
1416

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər