Birinci xanım başını örtməkdən imtina etdi - FOTO | 1news.az | Xəbərlər
Dünya

Birinci xanım başını örtməkdən imtina etdi - FOTO

14:11 - 20 / 05 / 2017
Birinci xanım başını örtməkdən imtina etdi - FOTO

ABŞ-ın birinci xanımı Melaniya Tramp prezident Donald Trampla Səudiyyə Ərəbistanına səfər zamanı başını örtməkdən imtina edib.

1news.az-ın məlumatına görə, bu barədə The Independent yazıb.

Nəşr qeyd edib ki,  bununla birinci xanım krallığa səfər etmiş Qərbin digər nüfuzlu qadınlarının addımını davam etdirib.

Belə ki, Səudiyyə Ərəbistanının rəsmi şəxsləri ilə görüşdə Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Tereza Mey başını örtməyib.

ABŞ-ın sabiq prezidenti Barak Obamanı krallığa səfəri zamanı müşayət edən onun həyat yoldaşı Mişel Obama da başı açıq olub.

Prezident Donald Tramp mayın 20-də Səudiyyə Ərəbistanına səfər edib. Bu, onun ilk xarici səfəridir. Tramp turne çərçivəsində İsrail, İtaliya, Belçika və Vatikanda da olacaq.

1news.az

 

Paylaş:
815

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər