Həsən Ruhani yenidən prezident seçildi
İranda 12-ci prezident seçkilərinin nəticələri elan olunub.
1news.az-ın “Sahar tv”yə istinadən xəbər verir ki, Həsən Ruhani 23 milyondan çox səslə yenidən İran prezidenti seçilib.
İranın daxili işlər naziri Əbdürreza Rəhmani Fəzli bildirib ki, ümumi 41 milyon 220 min 131 səsdən Həsən Ruhani 23 milyon 549 min 616 səs toplayaraq, bir daha İran İslam Respublikasının prezidenti olub.
Rəhmani Fəzli əlavə edib ki, 12-ci prezident seçkilərində Seyid İbrahim Rəisi Sadat 15 milyon 786 min 449, Mustafa Ağa Mir Səlim 478 min 215 və Mustafa Haşemi Təba 215 min 450 səs əldə ediblər.
12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkiləri dünən İranda və 102 ölkədə keçirilib.
Seçkilərdə dörd namizəd -Həsən Ruhani, Seyid İbrahim Rəisi Sadat, Mustafa Ağa Mir Səlim və Mustafa Haşemi-Təba iştirak edib.
56 milyon 410 min 234 nəfərin səsvemə hüququ olub ki, onların da 70 faizdən çoxu, yəni 40 milyondan artıq seçici səs verib.
Pərvanə Sultanova