Qadın güləşilərimizdən daha bir qızıl medal
Azərbaycan güləşçisi 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Elis Manolova IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
1news.az-ın məlumatına görə, E. Manolova həlledici qarşılaşmada Qazaxıstan güləşçisi Jamila Bakbergenova ilə üz-üzə gəlib. Görüşdə rəqibinin kürəyini yerə vuran Elis Manolova İslamiadanın qızıl medalına sahib olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final görüşünə baxıb.
Elis Manolova finala gedən yolda kamerunlu Blandin Metala Epanqanı və türkiyəli Buse Tosunu məğlub edib.
Bu çəki dərəcəsində bürünc medala Türkiyə təmsilçisi Buse Tosun layiq görülüb.
1news.az
605