Olqa Bıkovskaya “Bakı-2017”də ikinci qızıl medalını qazanıb | 1news.az | Xəbərlər
İdman

Olqa Bıkovskaya “Bakı-2017”də ikinci qızıl medalını qazanıb

20:26 - 21 / 05 / 2017
Olqa Bıkovskaya “Bakı-2017”də ikinci qızıl medalını qazanıb

Mayın 21-də Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının suyatullanma yarışlarında daha bir qızıl medal qazanıb.

1news.az-ın məlumatına görə, qadınlar arasında 3 metr tramplindən suyatullanma yarışında uğurla çıxış edən Azərbaycan idmançısı Olqa Bıkovskaya bütün rəqiblərini qabaqlayaraq “Bakı-2017”nin çempionu olub.

Gümüş medalı türkiyəli Yaprak Seli Keskin, bürünc medalı isə indoneziyalı Della Harimurti aktivlərinə yazdırıblar.

1news.az

Paylaş:
574

Son xəbərlər

Bütün xəbərlər