“Türk Hava Yolları”nda baqajın daşınması qaydaları dəyişdi | 1news.az | Xəbərlər
Dünya

“Türk Hava Yolları”nda baqajın daşınması qaydaları dəyişdi

17:40 - 22 / 05 / 2017
“Türk Hava Yolları”nda baqajın daşınması qaydaları dəyişdi

Türkiyənin “Türk Hava Yolları” (THY) aviaşirkəti baqajın daşınması ilə bağlı qaydalarda dəyişiklik edib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə şirkətin Bakı ofisindən məlumat verilib.

Yeni qaydalara görə, THY sərnişinləri yalnız 23 kiloqramadək bir yükü baqaja təhvil verə bilər. Yeni qaydalar iyulun 1-dən qüvvəyə minəcək.

Hazırda sərnişinlər ümumi çəkisi 25 kiloqramadək iki yük baqaja təhvil verə bilər.

S.Xankişiyeva

Paylaş:
838

Son xəbərlər

Bütün xəbərlər