Türkiyədə turistlər girov götürülüb
İran, Küveyt və Əfqanıstandan Türkiyəyə turist kimi gələn yeddi nəfər qaçırılıb.
1news.az “cnnturk”ə istinadla xəbər verir ki, onların geri qaytarılması üçün 100 min dollar tələb olunub.
Turistləri İstanbulda girov götürən şəxslər onları Kırklarelə çöllük ərazidə olan bağ evinə gətiriliblər.
Polisinin keçirdiyi əməliyyat nəticəsində turistlər azad edilib.
Turistləri girov götürən 3 əfqan qaçmağa çalışarkən tutulub. Türk əsilli olduğu təsbit edilən daha bir nəfər isə fərari kimi axtarışdadır.
Onların üzərindən odlu silah götürülüb. Hadisə ilə bağlı araşdırmalar aparılır, şübhəli şəxslər dindirilir.
Pərvanə Sultanova
703