PAŞA Sığortadan yeni kampaniya: Yaşamınızı rahatlaşdırın, Bakıya ağac hədiyyə edin və 50 AZN-dək hədiyyə kartı qazanın | 1news.az | Xəbərlər
İqtisadiyyat

PAŞA Sığortadan yeni kampaniya: Yaşamınızı rahatlaşdırın, Bakıya ağac hədiyyə edin və 50 AZN-dək hədiyyə kartı qazanın

14:36 - 08 / 06 / 2017
PAŞA Sığortadan yeni kampaniya: Yaşamınızı rahatlaşdırın, Bakıya ağac hədiyyə edin və 50 AZN-dək hədiyyə kartı qazanın

PAŞA Sığorta şirkəti “Yaşıl Bakı” - daşınmaz və daşınar əmlakın icbari və könüllü sığorta məhsulu ilə bağlı yeni hədiyyə kampaniyası başladır.

Belə ki, iyunun 8-dən iyulun 8-dək “Yaşıl Bakı” məhsulunun Çinar, Cökə və ya Zeytun paketlərindən birini əldə edən hər kəs müvafiq olaraq 20, 30 və ya 50 AZN balansa malik “Bonus Plus” hədiyyə kartı qazanacaq. Müştərilər sözügedən hədiyyə kartlarından “Viva” şirniyyat evi, “Naxış”restoranı, “Café City” və “Maxi.az” məişət texnikası və elektronika mağazalarında faydalana bilərlər. 

“Yaşıl Bakı” sığorta məhsulunun əsas özəlliyi ondan ibarətdir ki,  hər üç paketin tarifləri öncədən müəyyən olunub və hər kəs özünə uyğun olan paketi seçə bilər. Belə ki, Çinar paketinin sığorta haqqı 99 AZN, Cökə paketinin 149 AZN, Zeytun paketinin isə  199 AZN təşkil edir. Paketlər bir-birlərindən təminat məbləğinə görə fərqlənir. “Yaşıl Bakı” paketləri yanğın, ildırım düşməsi; məişət və istehsalatda istifadə olunan qazın partlayışı; elektrik naqillərində baş verən qısaqapanma; su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, subasma; üçüncü şəxslərin hərəkətləri; təbii fəlakətlər; oğurluq, qarət; nəqliyyat vasitəsinin vurması, üçüncü şəxslərin əmlakına və səhhətinə dəyən ziyan kimi yüksək zərərli hadisələrdən sığortalayır.         

 

Bununla yanaşı “Yaşıl Bakı” məhsulu əldə edilən zaman PAŞA Sığorta əməkdaşları tərəfindən paketlərin adına və sayına uyğun olaraq paytaxtımızın öncədən müəyyən olunmuş yerlərində  ağaclar əkilir. Beləliklə, bu məhsulu əldə edən hər kəsin Bakının yaşıllaşmasında bir töhfəsi olacaqdır.

“Yaşıl Bakı” sığortasının daha bir üstünlüyü bu paketləri əldə edən hər kəsə müxtəlif ticarət obyektlərində endirim imkanı verən xüsusi “Yaşıl Bakı” kartının təqdim olunmasıdır. 

Hədiyyə kampaniyasında iştirak etmək və daha ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz.

“Yaşıl Bakı” sığortası, təminatlar və endirimlər barədə PAŞA Sığortanın rəsmi saytında yaxından tanış ola bilərsiniz: http://bit.ly/1L6BlVA

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Reklam hüququnda

Paylaş:
716

Son xəbərlər

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:53
Bütün xəbərlər