Bu yolda cərimələnə bilərsiniz - Nişanlar dəyişdirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu yolda cərimələnə bilərsiniz - Nişanlar dəyişdirilib - VİDEO

1news Redaksiyası14:25 - Bu gün
Bu yolda cərimələnə bilərsiniz - Nişanlar dəyişdirilib - VİDEO

Bakıda Beynəlxalq Avtovağzalın qarşısındakı yolayrıcında hərəkətin təşkilində dəyişiklik edilib.

1news.az Avtosfer.az-a istinadən xəbər verir ki, son dəyişiklikdən sonra Biləcəri dairəsindən gələrək sağa dönən sürücülər üçün "Yol ver” nişanı quraşdırılıb.


Bildirilib ki, ondan sonrakı kəsişmə yerində isə "Baş yol” nişanı qoyulub.

Bu səbəbdən həmin istiqamətdə hərəkət edən sürücülər əvvəlcə "Yol ver” nişanının tələbini yerinə yetirərək qarşıdan gəlib sola dönən avtobuslara yol verməli, daha sonra hərəkətlərini davam etdirməlidirlər. Kəsişmə yerinə daxil olduqdan sonra isə artıq üstünlük həmin sürücülərdə olur.

Qeyd olunub ki, "Yol ver” nişanının tələbini pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 3 cərimə balı və 100 manat məbləğində cərimə oluna bilərlər.

 

Paylaş:
31

Son xəbərlər

Bütün xəbərlər