Naxçıvanda “Heydər Əliyev kuboku-2017” keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda “Heydər Əliyev kuboku-2017” keçiriləcək

17:07 - 08 / 06 / 2017
Naxçıvanda “Heydər Əliyev kuboku-2017” keçiriləcək

İyunun 11-də Naxçıvanda yeniyetmə oğlan boksçular arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinə start veriləcək.

Azərbaycan Boks Federasiyasından 1news.az-a verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Qırğızıstan, İran, Qazaxıstan, Macarıstan, Ukrayna və Özbəkistan yığmaları iştirak edəcək.

İyunun 14-də başa çatacaq turnirdə 100-ə yaxın boksçu 13 dəst medal uğrunda mübarizə aparacaq. Avropa birinciliyinə hazırlaşan Azərbaycan millisi yarışa baş məşqçi Vaqif Kazımovun rəhbərliyi altında 2 komanda ilə qatılacaq.

Qeyd edək ki, 2001-2002-ci il təvəllüdlü boksçulardan təşkil olunacaq yığmalar Naxçıvana iyunun 10-da yollanacaqlar.

Babək Cahandarov

Paylaş:
550

Son xəbərlər

Bütün xəbərlər