ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun üzvü Respublika Günü ilə bağlı bəyanatla çıxış edib | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun üzvü Respublika Günü ilə bağlı bəyanatla çıxış edib

10:05 - 09 / 06 / 2017
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun üzvü Respublika Günü ilə bağlı bəyanatla çıxış edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü, Azərbaycan üzrə İşçi Qrupun üzvü, İllinoys ştatını təmsil edən Rendi Haltqren Azərbaycanın milli bayramı – Respublika Gününün 99-cu ildönümü münasibətilə bəyanatla çıxış edib.

1news.az-a Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən xəbərə görə, bəyanatında Konqres üzvü Azərbaycanın 1918-ci il 28 mayda müsəlman dünyasında ilk demokratik parlamentli respublika qurduğunu bildirib.

R.Haltqren həmin zamandan etibarən, xüsusilə son 25 ildə ABŞ-ın Azərbaycanla və Azərbaycan xalqı ilə əlaqələri genişləndirdiyi və gücləndirdiyini qeyd edib.

Daha sonra bəyanatda Konqres üzvü müsəlman dövləti olmasına baxmayaraq xristian, yəhudi və digər dini icmaların birgə yaşadığı Azərbaycanın etnik cəhətdən rəngarəng bir ölkə olduğunu vurğulayıb. Habelə Azərbaycanın Xəzər regionunda enerji bazarlarında aparıcı rol oynadığını bildirib.

Sonda  ABŞ-ın Azərbaycanla iqtisadi və təhlükəsizlik məsələləri sahəsində əməkdaşlığı və tərəfdaşlığı gücləndirdiyini, Azərbaycanın ABŞ-la birgə terrorçuluğa qarşı mübarizədə göstərdiyi səylərinin yüksək qiymətləndirildiyini vurğulayıb. 

S.Xankişiyeva

Paylaş:
890

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər