İlham Əliyev: Azərbaycan-Rusiya dövlətlərarası münasibətləri hərtərəfli inkişaf edir və yeni məzmunla zənginləşir | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Azərbaycan-Rusiya dövlətlərarası münasibətləri hərtərəfli inkişaf edir və yeni məzmunla zənginləşir

12:38 - 10 / 06 / 2017
İlham Əliyev: Azərbaycan-Rusiya dövlətlərarası münasibətləri hərtərəfli inkişaf edir və yeni məzmunla zənginləşir

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.

1news.az xəbər verir ki, təbrikdə deyilir: “Dövlət bayramınız – Rusiya Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Bu gün Rusiya Federasiyası ictimai-siyasi və sosial-iqtisadi sahələrdə böyük uğurlar qazanıb. Həyata keçirilən dövlətdaxili dəyişikliklər, habelə xarici siyasət sahəsində atılmış addımlar sabitliyə, sıx birləşmiş cəmiyyətin formalaşmasına, beynəlxalq aləmdə Rusiyanın mövqeyinin və nüfuzunun möhkəmlənməsinə kömək edib.

Azərbaycan ilə Rusiyanı çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələri bağlayır. Bu xoş ənənələrə əsaslanan Azərbaycan-Rusiya dövlətlərarası münasibətləri hərtərəfli inkişaf edir və yeni məzmunla zənginləşir.

Əmin olduğumu bildirirəm ki, biz xalqlarımızın maraqları, regionda sülhün, mehriban qonşuluğun və sabitliyin təmin edilməsi naminə strateji tərəfdaşlığı bundan sonra da birgə səylərimizlə möhkəmlədəcək və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirəcəyik.

Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uğurlar, dost Rusiya xalqına isə sülh və firavanlıq arzu edirəm”.

1news.az

 

Paylaş:
807

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər