Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

14:30 - 12 / 06 / 2017
Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

İyunun 12-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uellsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Oqtay Əsədov bu cür səfərlərin parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. Sədr qeyd edib ki, 25 ildir ölkələrimiz arasında diplomatik münasibətlər mövcuddur. Ticari, siyasi əməkdaşlığın inkişafı üçün böyük imkanlar var.

Avstraliyalı nazir ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib. Konçetta Fierravanti-Uells Azərbaycan ilə Avstraliyanın parlamentləri arasında münasibətlərin daha da möhkəmləndirilməsinin önəmini vurğulayıb.

Söhbət zamanı Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

S.Xankişiyeva

Paylaş:
656

Son xəbərlər

Bütün xəbərlər