Estoniya Avropa İttifaqına sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərəcək | 1news.az | Xəbərlər
Siyasət

Estoniya Avropa İttifaqına sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərəcək

15:13 - 12 / 06 / 2017
Estoniya Avropa İttifaqına sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərəcək

İyunun 12-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov estoniyalı həmkarı Sven Mikser ilə görüşüb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Elmar Məmmədyarov deyib ki, görüşdə ölkələrimiz arasında əlaqələr, o cümlədən Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə fikir mübadiləsi aparıldı.

O, estoniyalı həmkarını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə bir daha məlumatlandırdığını diqqətə çatdırıb. Nazir bildirib ki, ölkələrimiz arasında intensiv dialoq bu ilin aprel ayından etibarən başlayıb. Estoniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Bu kimi görüşlər ölkələrimiz arasında münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətlidir.

Sven Mikser Azərbaycan və Estoniya arasında hökumətlərarası komissiyanın iclasında müzakirə olunan məsələlərin önəmini vurğulayıb. O, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb.

Nazir Estoniyanın tezliklə Avropa İttifaqına sədrliyə başlayacağını diqqətə çatdıraraq, bu müddətdə rəsmi Tallinin Azərbaycan ilə münasibətləri daha da inkişaf etdirəcəyini, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səy göstərəcəklərini vurğulayıb. Estoniyalı nazir nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, biznes və s. sahələrdə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

S.Xankişiyeva

Paylaş:
589

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər